Bia.Az

ŞƏHİD OLAN İDMANÇILARIN ADLARI AÇIQLANDI - SİYAHI

Cəmiyyət
 16-12-2020, 17:00     699

Vətən Müharibəsində şəhid olmuş idman camiəsindən olan 54 şəxsin adı açıqlanıb.  

Qeyd edək ki, Vətən Müharibəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunları, rayon (şəhər) Gənclər və İdman İdarələrinin, Gənclər Evlərinin, Olimpiya İdman Komplekslərinin əməkdaşları, müxtəlif idman növləri üzrə idmançılar və idman jurnalistləri də iştirak ediblər.
44 günlük Vətən Müharibəsində iidman camiəsindən ştirak edən 500 nəfərdən 54-ü şəhidlik zirvəsinə yüksəlib, 67 nəfər yaralanıb, bir nəfər itkin düşmüş hesab olunur .
Gənclər və İdman Nazirliyinin Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş əməkdaşları və idmançıların siyahısı:
1. Baş leytenant Kazımov Vüsal Kamran (17.12.1990) – Lənkəran Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) direktoru
2. 13 yaşlı futbolçu, Naftalanın bombalanması zamanı həlak olan Qurbanov Şəhriyar Nadir (30.11.2007) – Futbol
3. Əsgər Burcəliyev İlqar Vüqar (11.03.2001) – Futbol
4. Əsgər Məmmədov Vacib Zabit (27.02.2001) – Sərbəst güləş
5. MAHHXHQ, kiçik çavuş Məmmədov Xəyal Arif (13.02.1989) – Sərbəst güləş
6. MAHHXHQ, çavuş Həsənov Həsən Rəhim (01.10.1990) – Yunan-Roma güləşi
7. MAHHXHQ, çavuş Əliyev Yadigar Səfxan (04.06.1994) – Yunan-Roma güləşi
8. Əsgər Mənəfli Əli Əflan (12.10.2001) – Yunan-Roma güləşi
9. MAHHXHQ, əsgər Əliyev Şaməddin Qafqaz (08.10.1990) – Ağırlıqqaldırma
10. Əsgər Qasımzadə Ümüd İlqar (13.04.2001) – Ağırlıqqaldırma
11. MAHHXHQ, əsgər Qeybiyev Arif İsmayıl (06.06.1997) – Atletika
12. Əsgər Hüseynov Cavid Natiq (03.04.2001) – Taekvondo
13. Əsgər Cavadzadə Şaiq Faiq (28.11.1995) – Taekvondo
14. MAHHXHQ, kiçik çavuş Musayev Elşən Hüseyn (21.06.1988) – Taekvondo
15. MAHHXHQ, baş çavuş Mehdiyev Surxay Zülfi (07.12.1985) – Taekvondo
16. Əsgər Həbibov Murad Asəf (15.05.2001) – Taekvondo
17. Əsgər Xələfov Cəmil Fikrət (25.02.1997) – Taekvondo
18. Əsgər Babayev Vüqar İlham (04.07.2001) – İdman gimnastikası
19. Əsgər Qasımlı Muxtar Əli (23.02.1993) – Bodibildinq
20. Baş leytenant Telmanlı Allahyar Elman (01.09.1992) Vinq-çun
21. Əsgər Cəlilov Xaləddin Asəf (13.04.2002) – Kunq-fu
22. Mayor Əsgərov Rüfət Mürvət (29.08.1981) – Kyokuşin karate
23. Baş gizir Allahyarov Şahin Hüseynbala (29.01.1993) – Kyokuşin karate
24. Leytenant Atayev Nicat Habil (05.03.1994) – Şaolin
25. Əsgər Şamilov Emil Rafiq (03.07.1996) – Alpaqut, kyokuşin karate
26. MAHHXHQ, əsgər Məmmədov İlkin Abdulla (26.11.1990) – Alpaqut
27. Leytenant Qurbanov Emil Vaqif (25.08.1980) – Stronqman
28. Əsgər Mədətov Zaur Kamal (16.11.1999) – Aba güləşi
29. Əsgər Nəbiyev Elmar Elman (22.03.2001) – Kosiki karate do
30. MAHHXHQ, çavuş Eyniyev Tərlan Gölişad (22.01.1993) – Kosiki karate do
31. MAHHXHQ, əsgər Nəsibov Nicat Nəriman (09.05.1986) – Universal döyüş
32. MAHHXHQ, əsgər Qurbanov Cahangir Məmməd (23.09.1994) – Universal döyüş
33. Əsgər Həsənov Vüsal Bayram (17.03.1986) – Universal döyüş
34. Əsgər Şahbazov Kənan Natiq (23.07.2002) – Uşu
35. Əsgər Cabbarov Əli Baba (08.01.2002) – Uşu
36. Əsgər Həsənov Maarif Rahim (19.11.1999) – Uşu
37. Əsgər Məmmədov Turxan Rizvan (09.08.1998) – Uşu
38. Kapitan Pənahov Rövşən Mahmud (02.10.1989) – Kyokuşinkaykan karate
39. Kiçik gizir Mustafayev Əkbər Natiq (02.07.2000) – Kikboks
40. Gizir Yusifzadə Xudayar Müslüm (15.07.1998) – Kikboks
41. Əsgər Əsədov Əli Akif (08.04.1993) – Kikboks
42. Əsgər Məhərrəmov Fərid Asif (08.02.2002) – MMA
43. Əsgər Əhmədov Bəhruz Səttar (27.06.1997) – MMA
44. MAHHXHQ, əsgər Hüseynov Əkbər Bahadur (11.07.2001) – MMA
45. Baş leytenant Hüseynli Əmrah Namiq (12.10.1994) – MMA
46. Əsgər İsmayılov Emin Tahir (21.05.2001) – MMA
47. MAHHXHQ, əsgər Məcidzadə Saleh Nəriman (16.07.1994) – MMA, universal döyüş
48. MAHHXHQ, baş çavuş Məmmədov Şahlar Şahin (01.11.1995) – Qocyu-ryu, kempo
49. Gizir Vəliyev Elyar Arif (17.10.1991) – Qocyu-ryu, kempo
50. MAHHXHQ Məmmədov Bəxtiyar Bayramşah (16.08.1996) – Qocyu-ryu, kempo
51. Əsgər Məmmədov Vüsal Nəsib (15.03.1998) – WKC karate
52. Əsgər Məmmədov Murad İlham (15.12.2000) – Şotokan karate
53. MAHHXHQ, çavuş Muradov Ziyad Muradxan (03.02.1991) – Şotokan karate
54. MAHHXHQ, kiçik çavuş Xurşudov Nazir Müxənnət (01.02.1985) – Şotokan karateскачать dle 12.1