Bia.Az

YARALI ƏSGƏRLƏRİ DÖYÜŞ MEYDANINDAN ÇIXARAN QƏHRƏMAN... - Qazi Vüsal Səttarovu siz də tanıyın!

Cəmiyyət
 19-11-2020, 13:13     40

44 gün davam edən Vətən Müharibəsi zamanı əsgər və zabitlərimiz misilisiz qəhrəmanlıq nümunələri yaradıblar. Onlardan biri də Zaqatala rayonundan döyüşlərə qatılmış tağım komandiri Səttarov Vüsal Ramiz oğludur.

Vüsal Qubadlı rayonu uğurunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Döyüş yoldaşlarının dediyinə görə 30-a qədər şəhidi, 50-dən çox yaralı əsgəri döyüş meydanından çıxarmağı bacarıb.

Sonuncu dəfə yaralı əsgərləri təcili yardım maşınına çatdırarkən yaxınlığına mərmi düşməsi nəticəsində başından və bədəninin müxtəlif yerlərindən qəlpə yaraları alıb. Zərbə nəticəsində sağ qulağı eşitmə qabiliyyətini itirib. Hazırda Şəmkirdə hərbi hospitalda müalicə olunur.


Vüsal Səttarovun döyüşlərdə göstərdiyi rəşadətə görə, general - leytnant Mais Bərxudarov onun adını təltif olunmaq üçün yuxarı komandanlığa göndərib.скачать dle 12.1