Bia.Az

Səfərbərlik Xidmətinin idarə rəisi HƏBS EDİLDİ

Cəmiyyət
 23-04-2025, 00:51     430

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin rəisi Ramin Şükürov həbs edilib.

Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ramin Şükürov korrupsiya cinayətlərində təqsirləndirilir.

Həmin rəis bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılmışdı. Amma o zaman barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Bu gün Bakı Hərbi Məhkəməsinin qərarı ilə ilkin istintaq müddəti üçün o, üç aylıq həbs edilib.

скачать dle 12.1