Bia.Az

Bank kartları ilə əlaqəli bütün zənglər, mesajlar bloklanmalıdır – XƏBƏRDARLIQ

Cəmiyyət
 15-04-2025, 00:43     484

“Kibertəhlükəsizlik – informasiya təhlükəsizliyidir. Hər kəs təhlükəsizliyi üçün fərdi məlumatlarını qorumalıdır. Çünki, kimdə smartfon varsa internetə çıxışı var”. 

Globalinfo.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib.

Qurum rəsmisi bildirib ki, internetə çıxışı olan hər bir şəxs cinayətkarların tələsinə düşə bilər:

“Risk qaçılmazdır. Cəlbedici olan, bank kartlarınızda olan pul vəsaitləridir. Bank kartları ilə əlaqəli bütün zənglər, mesajlar bloklanmalıdır. Əks halda aldadıb pulunuzu oğurlayacaqlar”.скачать dle 12.1