Bia.Az

Kəlbəcərdə qadın hərbçimiz öldü - Rəsmi

Cəmiyyət
 15-04-2025, 00:37     471

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonunun Qılınclı kəndinin ərazisində qeydə alınıb.

Bakı şəhər sakini 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva idarə etdiyi "Nissan Pathfaender" markalı avtomobili dərəyə aşırıb, hadisə yerindəcə həyatını itirib. Onun hərbiçi olduğu deyilir.

Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma başlanılıb.

***

Aprelin 14-də səhər saatlarında məzuniyyətdə olarkən Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu İlahə Rəsul qızı Şahverdiyeva idarə etdiyi şəxsi avtomobilində hərəkət zamanı baş vermiş avtoqəzada vəfat edib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə başsağlığı verib.скачать dle 12.1