Arifə Hüseynova Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Turan Dövlətləri Təşkilatının Azərbaycan və Naxçıvan üzrə təmsilcisi Arifə Hüseynova Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
"Əziz həmvətənlər!
Ramazan ayı Müqəddəs Qurani-Kərimin nazil olduğu, insanları mənəvi saflığa, birlik və bərabərliyə çağıran, xeyirxahlıq və mərhəmət rəmzi olan mübarək bir aydır. Bu ay iman və əxlaqın kamilləşdiyi, insanın öz nəfsinə qalib gəldiyi, Allaha daha da yaxınlaşdığı müqəddəs bir zamandır.
Bu gün İslam aləminin əziz günü – Ramazan bayramı (Eydül-Fitr) qeyd edilir.
Müsəlmanlar Ramazan ayını hər zaman böyük sevgi və səbirsizliklə qarşılayır, səmimi dualarla, ibadətlə və xeyirxah əməllərlə keçirirlər. Tutulan oruclar, edilən dualar insanın ruhunu təmizləyir, onu daha mərhəmətli və ədalətli olmağa səsləyir. Qoy Uca Tanrı dualarımızı qəbul etsin, bütün türk dünyasına bolluq, firavanlıq və rifah bəxş etsin.
Mübarək Ramazan bayramı sizə xoşbəxtlik, hüzur və gözəl həyat bəxş etsin, onun gözəlliyini və bərəkətini hiss edəsiniz.
Allah orucunuzu, dua və ibadətlərinizi qəbul etsin və hər zaman yardımçınız olsun!
Bu mübarək bayram münasibətilə Sizlərə sülh, əmin-amanlıq, ruzi-bərəkət, hər bir ailəyə sevinc və xoş günlər arzulayıram.

Bayramınız mübarək!"
BİA.az