Saatlıda “Pambıq bitkisinin becərilməsində yeni texnologiyaların tətbiqi” mövzusunda seminar kecirilmisdir

Bununla bağlı "atributinfo.az"a acıqlama verən və seminarın keçirilməsinə rəhbərlik edən Bitki Mühafizə və Texniki Bitkiıər ETİ- nin direktoru, professor İbrahim Cəfərov bildirmişdir ki, sözügedən institutun tədqiqatçı alimlərindən Ələddin Tağıyev, İsmayıl Nəbiyev, Xurşid Aslanova, Səbuhi Eldarov müxtəlif mövzularda, “pambıqçılıqda yeni sortların yaradılması, becərmə texnologiyaları, pambığın zərərverici və xəstəlikləri, pambıqçılıqda quraqlıq və şoranlıq stresləri, onlarla mübarizə” çıxış etdilər, fermerləri maraqlandıran suallara cavab veriblər:
"Yetkin rəy ondan ibarət idi ki, daha məhsuldar, müasir tələbatlara cavab verən yerli pambıq sortlarının toxumçuluğu yaradılmalı, xaricdən toxum alınması məhdudlaşdırılmalıdır. Tədbirin yüksək səviyyədə keçməsi üçün Saatlı DAİM sədri Ağa Əsədova və həmkarlarına dərin təşəkkürlərimi bildirirəm."- O. Cəfərov deyib.