Zelenski təşvişdə: Gerisayım başladı - Roqov

Ukrayna Prezidenti Vladimir Zelenski üçün gerisayım başladı.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Rusiyanın İctimai Palatasının komissiya sədri Vladimir Roqov deyib.
Onun fikrincə, cəbhədəki uğursuzluqlar Ukrayna liderinin mövqeyinə ciddi zərbə vurur.
“Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində uğursuzluğu da bunu sübut edir. Zelenski rejimi təlaş içindədir. Ona görə də hər cür atəşkəsə və başqa şeylərə hazırdır”, - Roqov bildirib.