Bia.Az

Tanınmış telejurnalistdən intihar xəbərinə REAKSİYA - "Axı niyə bunu etməli idi?"

Cəmiyyət
 24-04-2024, 18:20     205

"Nəsib həkimin intihar etməsi xəbəri gələndə şok oldum". Dia-az.info bildirir ki, bunu sabiq baş pediatr Nəsib Quliyevin intihar xəbərinə reaksiyasında tanınmış jurnalist Afət Telmanqızı ifadə edib.

A.Telmanqızı daha sonra "İnanmadım" deyərək fikrinə belə davam edir:

"Tez nömrəsinə zəng etdim. O ümidlə ki telefona özü cavab verəcək. Təəssüf bu olmadı. Nur içində yatın xeyirxah, sadə , dəyərli ziyalı.

Amma özünü güllələməsi heç inandırıcı olmadı. Axı niyə bunu etməli idi?"

Sonda tanınmış telejurnalist baş vermiş hadisənin intihar olub-olmamasının ciddi araşdırma tələb etdiyinə də işarə edib: "Hüquq mühafizə orqanlarının ciddi araşdırmalarına zərurət var."
скачать dle 12.1