Bia.Az

Azərbaycan uşaqlarının ““vor zakon” sevdası” - PROBLEM...

Cəmiyyət
 22-03-2024, 02:08     180

Son illər yeniyetmə və gənclər arasında kriminal dünyaya maraq artıb.

Belə ki, yeniyetmə və gənclər “vor zakon” , yəni “qanuni oğru” adlanan kriminal avtoritetləri özlərinə kumir kimi qəbul edirlər.

Onlarla fəxr edir, onların yaşadığı həyat tərzini yaşamağı xəyal edirlər.

Maraqlıdır, gənclərin kriminala maraq göstərməsinə səbəb nədir?

Psixoloq, həkim-nevroloq Qabil Əsədov “Cebhe.info”-ya danışıb bildirib ki, uşaqların krimal həyata maraq göstərməsinin səbəbi təhsilin bərbad vəziyyətdə olmasındandır:

“Məktəb uşaqları maraqlandırmayanda başqa şeylər maraqlandıracaq. Məktəb uşaqları dərsdən, təhsildən, elmdən soyutmağa yönəlib. İlk olaraq bildirim ki, kütləvi informasiya vasitələrində elmin təbliğ olunmaması halı geniş yer alınıb. Son vaxtlar çəkilən filmləri məhz bu istiqamətə yönəlib.

Məsələn, əvvəlki filmlərdə intellekt həmişə öndə gedirdi. Buna misal olaraq "Uzaq sahillərdə" döyüş filmini göstərək. Ancaq hazırda çəkilən filmlərdə güc və şiddət yolu ilə məsələ həll edilir. İntellekt arxa planda gedir”.

Həmsöhbətimiz hesab edir ki, təhsilin bu vəziyyətdə olması, kütləvi informasiya vasitələrində zorakılığın təbliği uşaqları elmdən soyudur:

“Azərbaycan teleməkanında bir dənə elmi- kütləvi veriliş yoxdur. Təhsil proqramı ilə bağlı maraqlı nəsə yoxdur. Bizdə koronavirus vaxtı belə özümüzu necə qorumaq lazım olduğunu şou-biznes nümayəndələri izah edirdilər. Bu, onu göstərir ki, bayağı sənətkarlarada maraq artıb. Onların sözünə daha çox etimad göstərilə bilər deyə onlara üstünlük verilir”.

Həmsöhbətimiz bildirib ki, uşaqları dərsdən soyudan mövzular tədris olunur:

“Bu yaxında İTV kanalında "Sabaha saxlamayaq" verilişində həmin dərsliklərin müəllifi ilə debatda idik. Deyir ki, İngiltərədə 1-ci sinif kitablarında Viktor Hüqonun əsərlərini keçirlər. Bizdə məcburuq onu keçməyə, qoy bizim uşaqlar da onu tanısınlar və öyrənsinlər. 6 yaşlı uşaqlara Viktor Hüqo keçirlər. Bu adamlar anlamırlar ki, fransız üçün Viktor Hüqo yaxın olduğu kimi, azərbaycanlı uşağı Sabir, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə daha yaxındır. Bizim o dərəcədə gözəl, klassik uşaq yazıçılarımız var.

Abdulla Şaiq, Abbas Səhhət və s. Onların işlərini bütün dərsliklərdən çıxarıblar, ingilislər bunu keçirlər deyə onların nümayəndələrinin əsərlərini salıblar. Bu yolverilməzdir. Bizim Azərbaycan uşağı bunu tanımır. Bunu keçən uşaq əlbəttə ki, dərsə, təhsilə nifrət edəcək. Dərslikləri yazan insanlar bunu anlamaq istəmirlər”.
скачать dle 12.1