Bia.Az

Şərurlu İsfəndiyar hakim qarşısına çıxacaq - SƏBƏB

Cəmiyyət
 13-02-2024, 12:27     180

“Şərur” Mənzil-Tikinti Kooperativi məhkəməyə verilib.

“Ölkə.Az”ın məlumatına görə, “Kodis” MMC MTK ilə bağlı iddia qaldırıb.

Məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər - alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.

İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.

“Kodis” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Bayramov Tural Əbülfəz oğludur.

Qeyd edək ki, “Şərur” MTK-nın sədri tanınmış iş adamı İsfəndiyar Axundovdur (Şərurlu İsfəndiyar).
скачать dle 12.1