Bia.Az

Gürcüstana Avropa İttifaqının “göy muncuğu”, yoxsa...

Cəmiyyət
 17-12-2023, 01:10     402

İnşallah ki, bu qərarın arxasında gürcü xalqını məyus edə biləcək oyun olmaz...

Brüsseldə Avropa İttifaqının sammitində    Gürcüstan nəhayət ki, təşkilata üzvlüyə rəsmən namizəd ölkə oldu. Gürcüstanla  eyni vaxtda Aİ üzvlüyünə iddialı olan Moldovanın, Ukraynanın, həmçinini Bosniya və Hersoqovinanın namizədliyi ilə bağlı qərar isə marta qədər ertələnib.
Avropa Komissiyasının Ukraynaya 7 şərtindən Kiyev dördünü, Moldova 9 şərtdən altısını yerinə yetirib. Maraqlıdır ki, Gürcüstan isə 12 şərtdən cəmi üçünü icra edib. Bu səbəbdən də 2022-ci ilin iyununda  üzvlüyə namizədlə bağlı Aİ-dən rədd cavabı almışdı. Gürcüstan üç ölkə arasında şərtləri ən az yerinə yetirən ölkə olsa da, Brüssel onun üzvlüyə namizəd statusu verilməsində heç bir problem görməyib.
Statusla bağlı müsbət qərarın elan edilməsindən dərhal sonra Tiflis teleqülləsi və Kür çayı üzərindəki məşhur Sülh körpüsü Aİ bayrağının rənglərində işıqlandırılıb. Dekabrın 15-i “milli bayram və ümumi qələbə” günü elan edən baş nazir İrakli Qaribaşvili təkcə Aİ-nin hazırkı liderlərinə deyil, həm də “Gürcü arzusu”nun yaradıcısı, milyarder Bidzina İvanişviliyə təşəkkür etməyi unutmayıb. Bütün Gürcüstanın  patriarxı II İliya ölkəyə Aİ-yə namizəd statusunun verilməsini “müstəsna əhəmiyyətli gün” olduğunu deyib.  Gürcüstan prezidenti də mesajında sevinc hislərini bölüşüb, amma bir gün sonra(oktyabrın 16-da)Azadlıq meydanında keçirilən bayram mitinqində ona çıxış etməyə imkan verilməyib. Bayram mitinqində xalq qarşısında yalnız “Gürcü arzusu”nun liderləri və Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski çıxış edib.         
1667580244_11-sportishka-com-p-tbilisi-dostoprimechatelnosti-goroda-pinte-12.jpg (408 KB)
Aİ-nin Gürcüstanı belə tez üzvlüyə namizəd qəbul etməsi bir neçə il əvvələdək fantastik görünə bilərdi.  Şübhə yoxdur ki, bütün bu  tələskənlik Ukraynadakı müharibəyə görə baş verir. Təsadüfi deyil  ki, Almaniya kansleri Olaf Şolz toplantında bəyan edib ki, “Rusiya sərhədləri zorla dəyişdirməyə çalışsa da, Avropa xalqının səsi Lissabondan Tiflisə qədər eşidilməlidir.” 
Qərb son illər Tiflisdə ciddi mövqe itkilərinə məruz qalıb. Qərbpərəst müxalifət də  əvvəlki nüfuzunu qoruyub saxlaya bilməyib.  Qərbin əsas adamı Saakaşvili isə az qala 2 ildir həbsxanada çürüyür. Gürcülərin böyük əksəriyyəti Aİ üzvlüyünə böyük ümidlə baxırdılar ki, son aylar isə Brüsselə olan inamı da itirməyə başlamışdılar. Brüsselin  tələskənliyinin bir səbəbi də budur ki, gürcülər Qərbdən üz döndərməsinlər, ümidlərini itirməsinlər. “Göy muncuq” da demək olardı, amma gürcü xalqı bu qərardan məmnun görünür.            
İvanişvili “Gürcü arzusu”nu 2012-ci ildə yaradanda “Avropanı demokratiya ilə təəccübləndirməyi” vəd etmişdi. Uzun  müddətdir ki, hökumət həm İvanişvilinin milyardlar qazandığı Rusiya ilə mübahisə etməmək, həm də Qərblə siyasətdə balans yaratmağa çalışır. Rusiyanın Ukraynaya təcavüzündən sonra Tiflis Qərb dövlətlərinin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmaqdan da imtina edib, rəsmi olaraq   Uklraynanın ərazi bütövlüyünü  dəstəkləsələr də, öz ritorika və hərəkətlərində çox təmkinlidirlər.   
Tbilisi Is Home to Modern Architecture, Historic Bathhouses, and a Charm  That's Distinctly Georgian
Gürcü mediası yazır ki, Moskvanı incitmək istəmədiyinə görə “Gürcü arzusu”nun Aİ-nin  namizəd statusundan imtina edə biləcəyini gözləmək axmaqlıq olardı. Çünki  Gürcüstan əhalisinin 80 faizi Avropa İttifaqına daxil olmaq istəyir, ona görə də hökumətin də statusa həmişəkindən daha çox ehtiyac var.    
Bunu gərək ki, bir dəfə də yazmışam: Gürcüstanın indiki hökumətində olanlar  ağıllı adamlardır. Qərbin yanlış fətvasında ayılmasaydılar, indi gürcülər Tiflis küçələrində bəlkə də Rusiya tanklarının lüləsinə gül düzürdülər, Makronla Şoltz isə ən yaxşı halda, Kremldə Putinlə çənə-boğaz edirdi ki, “qoşununu çıxar, bir işdi olub...”   
Qərb Ukraynadan əvvəl Gürcüstanı Rusiyanın qurbanı etmək istəyirdi, o səbəbdən Saakaşvilini hazırlıqsız savaşa çəkdi, amma tezliklə onu da anladı ki, balaca ölkə təpədən-dırnağa silahlı ölkə ilə müharibədə elə 5 gün davam gətirə bilər. O səbəbdən 2014-cü il Maydan hərəkatından sonra Ukraynanı Rusiya ilə müharibə üçün hazırlamağa başladı. Sabiq Almaniya kansleri Merkel də ötənlərdə etiraf etdi ki, Rusiya-Ukrayna arasındakı Minsk razılaşması Kiyevi genişmiqyaslı müharibəyə hazırlamaq üçün vaxt qazanmağa hesablanmışdı. Amma  hələ də Ukraynanın Avropa Birliyinə namizədliyi belə baş tutmur. Əlbəttə, bunun formal səbəbi Macarıstanın baş naziri Orbanın mövqeyidir. O, Ukraynanı Aİ-də görmək istəmir. Orban sragagünkü toplantıda da   Ukraynanın namizədliyinin əleyhinə olduğunu bir daha bəyan edib.  Ukraynanı  Aİ-yə üzvlüyünü niyə belə ləngidirlər ?  Guya korrupsiya-filan varmış, gərək özlərini düzəltsinlər və sairə. Boş bəhanələrdir... Bəs, NATO-ya niyə üzv etmədilər? Ona da bəhanələri çox idi. Yuqoslaviyanın parçalanmasından törəmiş cırdan-cırdan ölkələri NATO-ya üzvü etdilər, amma nəhəng və potensialı olan Ukraynanı kənarda saxladılar. Guya Rusiyanın qəzəbindən qorumaq istəyirdilər? NATO üzvü etsəydilər, Rusiya ora qoşun yeritməyə cəsarət edə bilərdimi? Dünya müharibəsi olacaqdı?  
Rusiyaya qarşı Ukrayna müharibəsi variantı istənilən nəticəni vermədi.  Gürcüstanın önə çıxarılması bu kontekstdə  şübhələri bir az artırır.  Özlərini qafqazlıdan daha çox  avropalı hesab edən gürcü elitası bu qərardan məmnun və sevinclidir. İnşallah ki, bu qərarın arxasında gürcü xalqını məyus edə biləcək oyun olmaz...(Musavat.com)скачать dle 12.1