Bia.Az

Heydər Əliyevin qucağındakı bu uşaq kimdir? - Məşhur futbolçu... - VİDEO

Cəmiyyət
 28-11-2023, 02:00     392

Tanınmış futbolçu Qara Qarayev Bakupost.az saytının "Çərçivə" verilişində maraqlı açıqlama verib.

O, Prezident İlham Əliyevlə Füzuli şəhərindəki görüşündən danışarkən qeyd edib ki, uşaq olarkən, mərhum Prezident Heydər Əliyevlə də görüşüb.

Futbolçunun sözlərinə görə, həmin vaxt Pakistan prezidenti ilə Heydər Əliyev məcburi köçkünlərlə görüşə gəlib.

Azərbaycan prezidentinə gül vermək üçün uşaqlar arasından onu seçiblər. Qara Qarayevin təqdim etdiyi videodan da göründüyü kimi, Heydər Əliyev yaxınlaşdığını görən kimi onu qucağına götürür və çıxışının sonun qədər yerə qoymur.

Həmin görüntüləri təqdim edirik:
скачать dle 12.1