Bia.Az

Azad Rəhimov: "Olimpiadada hamını sevindirə biləcəyik"

Cəmiyyət
 28-02-2020, 13:40     203

Azad Rəhimov: "Olimpiadada hamını sevindirə biləcəyik""Tarixi gündür. Bu gün tanınmış şirkətlər idmanla sıx əlaqədədir".

bia.az-in məlumatına görə, bu fikirləri Gənclər və İdman Naziri Azad Rəhimov Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və tərəfdaşları arasında "Tokio-2020" Olimpiya və Paralimpiya Oyunları çərçivəsində əməkdaşlığa dair memorandumun imzalanma mərasimində çıxış edərkən deyib.

A.Rəhimov bildirib ki, əvvəllər biznesdən idmana bu qədər dəstək olmayıb: "İndi isə biznes idman cəmiyyətdə olan ab-havanı dəyişdirməkdədir. Biznes idmana qatılır. İdmandakı uğurlar şirkətlər üçün maraqlıdır. Dünyanın ən möhtəşəm tədbiri olan Olimpiya Oyunları bu dəfə Tokioda keçiriləcək. İlk dəfə deyil ki, olimpiadaya qatılırıq. İnsanlar bu oyunları maraqla izləyir. Bu tərəfdaşlıq şirkətlər üçün də xeyirli olacaq. Hamınızı bu münasibətlə təbrik edirəm. Bu gün biz bir yerdəyik. Vacib olan tədbir keçirilib. Bütün idmançılarımıza Tokio olimpiadasında uğurlar arzulayıram. İnanıram ki, hamını sevindirə biləcəyik".скачать dle 12.1