Bia.Az

"Sərt karantin rejimi tək həftəsonu deyil, həftəiçi də tətbiq olunmalıdır" - TƏBİB

Cəmiyyət
 13-06-2020, 00:16     1 110

"Sərt karantin rejimi tək həftəsonu deyil, həftəiçi də tətbiq olunmalıdır" - TƏBİB


“Sərt karantin rejimi tək həftəsonu deyil, həftəiçi də tətbiq olunmalıdır. Buna ara verilməməlidir”.

“Report”un xəbərinə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, rəqəmlər arasında təzad vəziyyətin ciddi olduğunu göstərir: “Evdə koronavirus xəstəsi olduğunu gizlədən vətəndaşlarımız kifayət qədərdir. Bu da başqa insanları yoluxdurmaq deməkdir. Vəziyyət nəzarətimiz altında olsa da, vaxtında həkimə müraciət edilməsini istəyirik”.скачать dle 12.1