Azərbaycanda şagirdlər pirə APARILDI - FOTO
Bir neçə gündür Qazax rayonunun Cəfərli kənd tam orta məktəbinin şagirdlərinin rayondakı “dilək ağacı” pirinin qarşısında çəkdirdikləri foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Təhsil müəssisəsinin feysbuk hesabında paylaşılan foto tənqid olunub, məktəblilərin pirə aparılması qınanılıb.
Məsələ ilə bağlı Qafqazinfo Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət edib. Qurumdan cavab olaraq bildirildi ki, sözügedən foto məktəbin səhifəsində yanlışlıqla paylaşılıb:
“Qazax rayon Cəfərli kənd tam orta məktəb tərəfindən şagirdlərin məktəbdənkənar asudə vaxtlarının təşkili məqsədilə kənd ərazisində olan tarixi yerlərə ekskursiya təşkil edilib. Və həmin ərazidə olan ağacın ətrafında şəkil çəkilib. Həmin şəkil yalnışlıqla məktəbin rəsmi feysbuk səhifəsində paylaşılıb”.