Bia.Az

“Separatçılar vəziyyəti gərginləşdirsələr,...” -Sensasion AÇIQLAMA

Cəmiyyət
 7-09-2023, 21:54     325

“Ermənilər xeyli müddətdir sərhədə qoşun toplayırlar. Azərbaycan isə öz ərazisində istədiyi yerdəyişməni edə bilər. Bu, bizim suveren hüququmuzdur”.

Bunu Musavat.com-a hərbi ekspert Üzeyir Cəfərov deyib. Ekspert hesab edir ki, ermənilərin “Azərbaycan sərhəddə qoşun yığır” fikirləri Azərbaycanı hədəfə gətirmək məqsədi daşıyır: “Ermənilər artıq hiss edirlər ki, separatçıların xilas yolu yoxdur. Azərbaycan ordusu hər növ təxribata hazır vəziyyətdədir. O ki qaldı toqquşma ehtimalına, bu, vəziyyətdən asılıdır.

Onlar vəziyyəti gərginləşdirəcəklərsə, Azərbaycan müvafiq cavabı verəcək. Azərbaycanın tələbi separatçıların bölgəni tərk etməsi ilə bağlıdır. Hələ ki, bu tələbin yerinə yetirilməsi real görünmür. Qondarma qurumlar yaradırlar, seçki keçirirlər...Hazırda təlimlər keçirilir. 2020-ci ildən bu günə qədər yeni silahlar alınıb, yeni taktikalar işlənib. Odur ki, ordumuz hazır vəziyyətdədir”.скачать dle 12.1