Bia.Az

"Formula 1"rəhbəri: "Mövsümə Avropada başlayacağıq"

Cəmiyyət
 27-04-2020, 15:14     379

"Formula 1"rəhbəri: "Mövsümə Avropada başlayacağıq""Formula 1" rəhbərliyi mövsümə iyulda start verməyi və il ərzində 15 - 18 Qran-pri keçirməyi planlaşdırır.

"bia.az"in yarışın rəsmi saytına istinadən məlumatına görə, bu barədə "Formula 1"in icraçı direktoru Çeyz Keri deyib.

O bildirib ki, payızda təkcə Avropada deyil, digər qitə və materiklərdə də yarışlar olacaq: "Mövsümün yay aylarında başlayacağına daha çox əminik. İlk Qran-prini Avropada keçirməyi planlaşdırırıq. Bu, 3 - 5 iyulda Avstriyada olacaq. Sentyabr, oktyabr və noyabrda Avropa ilə yanaşı, Asiya, Cənubi və Şimali Amerikada da yarışlar görəcəyik. 15 - 18 yarışlıq mövsüm Abu-Dabidə başa çatacaq".

Qeyd edək ki, "Formula 1"də 2020 mövsümünün başlaması koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.скачать dle 12.1