Bia.Az

Baku İnşaat MMC insanları aldadır – Millət vəkili

Cəmiyyət
 2-05-2023, 13:34     207

Bəzi tikinti şirkətləri hələ də insanları aldadır. Belə şirkətlərdən biri də Bakı İnşaat MMC-dir.

Axar.az xəbər verir ki, bunu deputat Rüfət Quliyev parlamentin bugünkü iclasında deyib.

Deputat qeyd edib ki, dəfələrlə Bakı İnşaat MMC-nin rəhbəri Zahir Əsgərovla danışsa da, şikayətlər həll olunmur:

“İnsanların pulunu alıblar, amma öhdəliklərini icra etmirlər. Belə şirkətlərə qarşı ölçü götürülməlidir”.скачать dle 12.1