Bia.Az

Naxçıvanın “leşyeyənlər” mafiyası iş adamını necə çökdürüb?

Cəmiyyət
 3-01-2023, 11:48     159

Naxçıvanın “leşyeyənlər” fəsiləsinin ən böyük zərər vurduğu iş adamlarından biri də mənim qaynım, “Qızıldağ” MMC-nin sədri Hüseyn Orucəliyevdir.
 
Ovqat.com-un məlumatına görə, tanınmış şair-publisist Heydər Oğuz facebook statusunda belə yazıb.


İndiyədək onun işi ilə maraqlanmadığımdan “leşyeyən”lərin qaynıma vurduğu zərərin real həcmini də bilmirdim. Bir neçə gün əvvəl Müsavat TV-də səsləndirdiyim fikirlərdən sonra qaynım mənə zəng etdi. Məni faktları onun zərərinə saxtalaşdırmaqda günahlandırdı. Məlum oldu ki, “Qızıldağ” MMC-dən 2 milyonluq kredit əvəzinə götürülən girovun ümumi dəyəri 6 milyon yox, 8 milyon imiş. Bundan əlavə, ondan 40% yox, hardasa, 50% “şapka”, 300 min manat “dinmə ver vergisi” alıblarmış.
 
1. Naxçıvanın sabiq iqtisadi inkişaf naziri Famil Seyidov (Hazırda Naxçıvan Taxıl Anbarının müdiri) – 650 000 manat “şapka”;
 
2. Naxçıvan Mərkəzi Bankın keçmiş rəhbəri Səbuhi Məmmədov (Hazırda Naxçıvan MR Baş naziri)  – 340 000 manat “şapka”;
 
3. Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov – 300 000 manat -Layihənin təsdiqi və sərəncam üçün.
 
Üstəlik, krediti aldıqdan sonra onun sifarişlərini də kəsib Talıbovların mətbəəsi “Əcəmi”yə yönləndiriblər. Rəsmən göz görə-görə iş adamını iflasa sürükləyib, dövlətə borclu salıblar. Onun adına verilən krediti isə “leşyeyənlər” ortaya qoyub öz qənimətləri kimi bölüşüblər. Kreditdən ona çatan cəmi 700 min manatın üzərinə 200-300 min manat qoyan iş adamı   Almaniyadan Naxçıvana aparat gətirib. Onu da quraşdırmağa imkan verməyiblər.
 
Ümumilikdə Naxçıvan MR Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov, Naxçıvan MR Ali Məclis Aparatın rəhbəri Əli Həsənov və İqtisadi İnkişaf naziri Famil Seyidov tərəfindən “Qızıl dağ” MMC-yə 2010-cu ildən 2022-ci ilədək milyonlarla manat zərər vurulub. 
 
Hüseyn Orucəliyev kimi onlarla iş adamını yerlə yeksan edən “leşyeyənlər” isə nəinki cəzalandırılmayıb, əksinə mükafatlandırılıblar. Cəddini belinə şələləyib Naxçıvan iş dünyasının anasını ağladan Famil Seyidov hazırda Muxtar Respublikanın ən strateji sahəsinə – Taxıl fonduna rəhbərlik edir.
 
Hər iki tərəfdən nənəsi erməni olan Səbuhi Məmmədov Naxçıvan MR Mərkəzi Bankının sədrindən Baş nazir postuna təyin olunub.
 
Baş “leşyeyən” Azər Zeynalovun keyfinə isə söz ola bilməz. O indi Vasif xanı əvəzləyir və istədiyi adamı istədiyi strukturun naziri vəzifəsinə təyin edir.
 
Ümid edirəm ki, aidiyyəti qurumlar bu “leşyeyənlər” sürüsünü cəzalandıracaq, sahibkara dəyən zərəri onlara ödətdirəcəklər.
 
Təsdiqedici sənədlərlə yaxınlarda mövzuya qayıdacağıq”, – Heydər Oğuz bilirib.скачать dle 12.1