Bia.Az

"Bizi həmin əraziyə müharibə bitəndən xeyli sonra göndəriblər" - Erməni hərbçisinin etirafları

Bölgə
 16-12-2020, 17:06     434

Ermənistan mətbuatında Hadrutun iki kəndi ətrafında Azərbaycan Ordusunun mühasirəsinə düşən erməni hərbçilərinin açıqlamaları dərc edilib. 

“AzPolitika.info” xəbər verir ki, “Sputnik Armenia” mühasirədən çıxan 30 nəfərlik dəstənin üzvlərindən birinin öz qardaşına danışdıqlarını dərc edib.

Erməni hərbçisi deyib ki, onları həmin əraziyə müharibə bitəndən xeyli sonra göndəriblər:

 “20 gün əvvəl könüllülərdən ibarət qrupu Xin Taxer və Xtsaber (Köhnə Tağlar və Çaylaqqala-red.) kəndləri istiqamətində yerləşdiriblər. Srağagün Azərbaycan Silahlı Qüvvələri hücuma keçib və bizimkilər mühasirəyə düşüb. Döyüşlərdə bir neçə nəfər yaralanıb, bəzilərinin taleyi məlum deyil.”

Erməni əsgəri sağ qalmalarının əsas səbəbinin sadəcə, Azərbaycan hərbçilərinin onları öldürmək istəmədikləri olduğunu deyib:

 “Azərbaycan əsgərlərindən biri yaxınlaşaraq dedi ki, sizi öldürmək istəmirik. O, təklif etdi ki, ya döyüşü davam etdirək, ya da sizi aparıb rusiyalı sülhməramlılara təhvil verək.” Belə məlum olur ki, həmin ermənilər ikinci variantı seçiblər və canlarını qurtara biliblər.
Həmin dəstədən olan digər hərbçi isə deyib ki, sözügedən kəndlər istiqamətində yerləşən digər erməni hərbçilərinin çoxunun taleyi məlum deyil.

Qeyd edək ki, erməni hərbçisininəraziyə müharibə bitəndən xeyli sonra göndərilməsini etiraf etməsi Ermənistanın atəşkəs razılaşması üzrə öhdəliyini pozmasını və təxribat törətdiyini təsdiqləyir. скачать dle 12.1