Bia.Az

"Pulumu versinlər, bizdə bayram keçirək"-Sabirabad sakinindən şikayət

Bölgə
 30-12-2023, 01:34     587

Sabirabad rayonu Poladtuğay kənd sakini Kərimzadə Rasif Nüsrət oğlu 5 aydır ki,680 AZN məvacibini(zəhməthaqqı) ala bilmədiyinə görə narazılıq edir.


O,Faktinfo.az saytına göndərdiyi məlumatda bildirir ki,fəhlə adamdır,əlinin zəhməti ilə Balakən rayonunun Aşağı və Yuxarı Qullar,Qabaqçöl kəndlərində internet kabelləşməsi üçün dirək yerləri qazıb,amma bugünkü günə qədər əməkhaqqısını ala bilməyib.

"Dirəyin basdırılacağı yerin dərinliyini 90 santımetrdən qazmışam.Bir dirək yerinin qazılmasını 3 manatdan həyata keçirmişəm,hazırda 680 manat zəhməthaqqımı ala bilmirəm.Pulumu versinlər,bizdə bayram keçirək"-məlumatda bildirilir./Faktinfo.az/скачать dle 12.1