Bia.Az

Elektrik dirəkləri yıxılıb,düzəldən yoxdur- Tovuz rayonundan şikayət +FOTOLAR

Bölgə
 30-12-2023, 00:35     585

"Tovuz Rayon Elektrik Şəbəkəsini və aidiyyatı qrumları məlumatlandırmışam,199 çağrı mərkəzinə dəfələrlə zəng etmişəm yerə yıxılmış elektrik dirəklərini gəlib düzəldən yoxdur."

Bu fikirlər Tovuz rayonu,Dondar Quşçu kənd sakini Həzi Vəliyev tərəfindən Faktinfo.az saytına göndərilən məlumatda qeyd olunur.Şikayətçi bildirir ki,ərazidə elektrik naqilləri güclü külək əsməsi səbəbindən 5 gündür qırılıb yerdədir ,bu barədə məlumat verib,amma düzəltmirlər,nəzarətə götürmüşük fikri ilə yekunlaşırlar.

"Bu qədər də olmaz ərazidə elektrik enerjisinin olmaması səbəbindən Subartezyan quyusu işləmir,fermer kimi taxıl sahəsini də suvara bilmirəm.Yaranmış qəza hadisəsinin aradan qaldırılmaması səbəbindən bir çox insan əziyyət çəkir.Zəng edirik,ümumi şablon sözlərdən ibarət fikirlərlə bizi "yola verirlər."-şikayətçi bildirir.

Onu da qeyd edək ki,elektrik dirəklərinin yıxıldığı, naqillərin qırıldığı  ərazi "ipək yolu" magistral avtomobil yolunun kənarı boyunca əhatələnir.

Tovuz Rayon Elektrik Şəbəkəsinin (REŞrəisi Zaur Şirəliyev bunları niyə görmür?














BİA.az



скачать dle 12.1