Heydər Əliyev Sarayı qarşısında uzun növbə...- HAMI BU FOTODAN DANIŞIR
Heydər Əliyev Sarayı qarşısında tamaşa izləmək üçün gələn insanların səliqəli şəkildə növbəyə düzülməsini əks etdirən foto geniş auditoriya diqqəti çəkib.
Bakupost.az xəbər verir ki, tamaşaçıların nümayiş etdirdiyi növbə mədəniyyəti sosial şəbəkələrdə müsbət reaksiyalara səbəb olub.
İnsanların sıxlıq yaratmadan, nizam-intizamla növbəyə durması cəmiyyətdə mədəni tərəqqinin göstəricisi kimi qiymətləndirilib. Rəy yazanların böyük qismi teatra gələn kütlənin mədəni insanlardan ibarət olduğunu diqqətə çatdıraraq, bu cür nizamlı davranışın təbii qarşılanmalı olduğunu bildirib.
Bəzi istifadəçilər isə bu nizam-intizamın ictimai nəqliyyatda və ya xəstəxanalarda da tətbiq olunmasını arzuladıqlarını qeyd ediblər.
Sözügedən fotonu təqdim edirik:
Asena,
BakuPost





