Rayonlardan Bakıya gələnlərin nəzərinə! – Bu gündən etibarən…
Hazırda Bakının bəzi ərazilərində yağış başlayıb.
Globalinfo.az xəbər verir ki, yağış paytaxtın müəyyən hissələrində ara-sıra intensivləşir.
Baş Dövlət Yol Polisi İdarəsi belə havalarda hərəkət iştirakçılarına əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edir.
Xüsusilə həftəsonu regionlardan Bakıya qayıdanların hərəkət sürətini havaya uyğun seçmələri zəruri hesab edilir.
BDYPİ-dən bildirilib ki, 25-26 mayda tarixində da Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin bəzi bölgələrində müşahidə olunacaq hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərərək qəza riskini artırır.
Bu səbəbdən İdarə bütün hərəkət iştirakçılarını daha diqqətli olmağa çağırır.









