Bia.Az

"Rusiya Xerson ərazilərini təhvil verməyi planlaşdırır" - ISW

Dünya
 20-10-2022, 12:35     186

Rusiya hakimiyyəti öz qoşunlarının planlaşdırılan geri çəkilməsinə və Xerson vilayətinin böyük hissəsinin Ukrayna Silahlı Qüvvələrinə təslim olmasına haqq qazandırmaq üçün informasiya şəraiti yaradır.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibələrin Araşdırılması İnstitutu (ISW) məlumat yayıb.

Qeyd edilir ki, insanları Rusiya qoşunlarının geri çəkilməsi məsələsinə hazırlayın Xerson vilayətinin "qubernatoru" Vladimir Saldo və Ukraynaya qarşı müharibənin komandiri təyin edilmiş general Sergey Surovikindir.

Kiyevə "kamikadze hücumu" rusların psixoloji təzyiqindən xəbər verir - ISW“Surovikin və Saldonun bəyanatları ehtimal ki, rusların Dnepr üzərindən tam şəkildə geri çəkilməsinə informasiya şəraiti yaratmaq cəhdidir. Bunun nəticəsində Xerson şəhəri və Xerson vilayətinin digər mühüm əraziləri hazırda uğurla irəliləyən Ukrayna qoşunlarına təslim olacaq”, - analitiklər yazıblar.

Qeyd edək ki, Rusiya qışdan başlamış müharibə nəticəsində Xerson vilayətinin bir hissəsini ələ keçirə bilib. Moskva artıq onu öz ərazisinə də qatıb. Avqustun sonundan isə Ukrayna ordusu əks-hücum əməliyyatlarına başlayıb. Oktyabrın 9-na olan məlumata görə, Xerson istiqamətində artıq 1170 kvadrat kilometrdən çox ərazi azad edilib.скачать dle 12.1