Bia.Az

Parisdəki səfirliyimizə hücum edən ermənilərdən biri saxlandı

Dünya
 20-10-2022, 12:14     177

Azərbaycanın Parisdəki səfirliyinə hücum edən şəxs Fransada həbs edilib. Bu barədə cümə axşamı fransız tarixçisi Maksim Qauin öz Twitter hesabında məlumat verib.

Bildirilir ki, bu gün səhər saatlarında Paris polisi Daşnaksütyun Erməni İnqilabi Federasiyasının Fransadakı gənclər şöbəsinin keçmiş sədri, 2015-ci ildə dissident Charjoum qrupunun həmtəsisçisi Loris Tufanyanı həbs edib.

7bff6912cbec057cfdd7bb9470c8a02e.jpg (257 KB)

"Yəqin ki, həbs Azərbaycan səfirliyindəki mədəniyyət mərkəzinə qarşı aqressiv aksiya ilə bağlıdır", - Qauin deyib.

Qeyd edək ki, Maksim Qauin erməni millətçiliyi siyasətinin tanınmış tənqidçisi, fransız tarixçisidir. 

O, Nyu-Yorkda yerləşən Türk Amerika Təhlükəsizlik Fonduna (TASFO) müsahibəsində 1915-ci il hadisələri ilə bağlı bir çox tarixi sənədləri araşdırdığını və belə qənaətə gəldiyini bildirib: “Bu, erməni soyqırımı sayıla bilməz”.скачать dle 12.1