Bia.Az

Ukraynalılara demokratiya mükafatı

Dünya
 20-10-2022, 01:10     167

Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamenti 2022-ci ilin “Azad düşüncə mükafatı”na Ukrayna xalqını layiq görüb. Oktyabrın 19-da açıqlanan qərarda qeyd olunur ki, ukraynalılar demokratiyanı, qanun aliliyini qoruyur, Avropa naminə həyatlarını riskə atır.

SSRİ dövrünün məşhur dissidenti akademik Andrey Saxarovun adını daşıyan “Azad düşüncə mükafatı” 1988-ci ildən bəri insan hüquqları və fikir azadlığı uğrunda mübarizəyə görə verilir.

Novator.az bildirir ki, Rusiya 2014-cü ildən Ukraynada işğalçı savaş aparır. Həmin il Krım yarımadası, Donetsk və Luqansk vilayətlərinin bir hissəsi ələ keçirilib. 2022-ci il fevralın 24-dən aparılan total savaşda Zaporojye və Xerson vilayətlərinin böyük hissəsi də zəbt olunub. Avropa, ABŞ və dünyanın başqa demokratik kəsimləri bu savaşda Ukrayna xalqına dəstək verir.

Avropa İttifaqının 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.скачать dle 12.1