Bia.Az

“Rusiya yeni ölkələri müharibə çuxuruna sürükləyir” – Politoloq

Dünya
 20-10-2022, 01:03     170

Vladimir Putin Ukraynada dayanmayacaq və Belarusu da məcbur edəcək ki, qonşu Avropa ölkələrinə hücum etsin. Ümumilikdə, bu münaqişə 10 il uzana bilər.

Bu barədə iqtisadçı və politoloq Oleq Soskin «Arqument» proqramının yeni buraxılışında bəyan edib («UNİAN»).

«Mən, 2014-cü ildə demişdim ki, müharibə 10 il uzanacaq. Bax, belə də oldu ki, müharibənin birinci mərhələsi 8 ildir davam edir. İndi isə müharibənin ikinci mərhələsi başlanıb» - o, deyir.

Onun proqnozuna görə, hələ Belarus da müharibəyə qoşulacaq. Bu isə o zaman baş verəcək ki, Putin onu sıxacaq. Bu, Rusiya Federasiyasının ordusunun Xerson istiqamətində məğlubiyyətindən sonra baş verə bilər.

Amma sual belədir - bu qruplaşma hara gedəcək? Polşaya, Litvaya, Latviyaya? - Soskin qeyd edib. Ekspert əmindir ki, hazırda Putin fikirləşir ki, eskalasiyanın səviyyəsini necə qaldırsın.

Politoloq dəqiqləşdirib ki, müharibənin 10 illiyini 2022-ci ildən başlamaq gərəkdir. Və təcavüz Ukraynada dayanmayacaq. USQ, Soskinin dəqiqləşdirdiyi kimi, öz ərazilərini tez də azad edə bilər, amma müharibə getdikcə uzanacaq.

«Putin eskalasiyanın yeni mərhələsinə daxil olmalıdır, o, bu odlu hərbi çuxura digər subyektləri də cəlb edəcək. Hər şeydən əvvəl Belarus cəlb olunmalıdır. Və ona Baltik donanması lazımdır» - iqtisadçı hesab edir./AzPolitika.info/скачать dle 12.1