Bia.Az

"O siyahıya baxanda insanlar öz təbəssümlərini gizlədə bilmir" - AÇIQLAMA

Siyasət
 18-10-2022, 13:15     181

İqtisadiyyat və Sülh İnstitutu 2022-ci ilin Qlobal Sülh İndeksini açıqlayıb. 163 ölkənin yer aldığı siyahıda Rusiya 160-cı sırada qərar tutub. Ermənistan 83-cü, Özbəkistan 87-ci, Qırğızıstan 91-ci, Tacikistan 92-ci, Gürcüstan 95-ci, Qazaxıstan 97-ci, Türkmənistan 104-cü, Belarus 116-cı, Azərbaycan 128-ci, İran 141-ci, Türkiyə 145-ci və Ukrayna 153-cüdür.
“İqtisadiyyat və Sülh institutu 2022-ci ildə qlobal indeksini açıqlayıb. O siyahıya baxanda insanlar öz təbəssümlərini gizlədə bilmir. Çünki, gülüş doğuran bir məqamdır. Ona görə ki, bu təşkilatın baş bilənləri görünür ki, dünya siyasətini və dünyada gedən prosesləri, gündəmi izləmirlər. İzləsəydilər bilərdilər ki, Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev həm Praqada keçirilən görüşlərdə, həm də Avropa liderləri ilə olan görüşlərdə, həm də bu günlərdə Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Ehtimat tədbirləri üzrə müşavirlərin 6-cı zirvə toplantısının Dünya iclasında səsləndirdiyi fikirləri, təklifləri bir başa dünyada baş verən münaqişələrin sona çatmasına hesablanır”.

BİA.AZ xəbər verir ki, bu barədə Bizimyol.info xəbər portalına politoloq Ramiz Alıyev danışıb. Onun sözlərinə görə, istər regionda, istərsə də Avropa və Asiyada sülhün və münaqişələrin yox olması, sülhün bərqərar olmasını göstərən məqamlar var. Komunikasiya yollarının açılması, logistik mərkəzlərin olması, Azərbaycanın həm Avropa, həm də Asiya üçün əlaqələndirici bir ölkə olmasını göstərir. Buna görə də siyahıya baxdıqda biz görürük ki, Ermənistanda demək olar ki, hər gün mitinqlər, aksiyalar keçirilir. Xalq hakimiyyətdən narazıdır. Orada hərbçilərin həbsləri, yüksək çinli hərbçilərin vətənə xəyanəti sübuta yetirilib.

“Fərarilik baş alıb gedir. İnsanlar dövlətdən və hazırkı hakimiyyətdən narazıdırlar. Bunlar hamısı öz əksini tapır. Eyni zamanda, siyahıya baxanda Qırğızıstan və Tacikistan 91-ci və 92-ci siyahıda yer tutursa, bilirsiniz ki, Qırğızıstan ilə Tacikistan arasında sərhədlərdə münaqişələr baş verib və ciddi problemlər var. Türkmənistanda ümumiyyətlə münaqişə və ciddi problemlər yoxdur. Amma 104-cüdür. Ukrayna 153-cü yerdədir. Hansı ki, Ukraynada ümumiyyətlə sakit bir saat varmı hazırda? Ukraynanın hansı bölgəsində 5 dəqiqə sakitçilik var? Bu nə qədər gülünc bir siyahıdır ki, bunu tərtib ediblər” - deyən ekspert hesab edir ki, bu cür təşkilatlar hansısa bir fondların və hansısa bir təşkilatların qollarıdır. Hansısa bir diaspor təşkilatlarının büdcəsilə öz sorğularını keçirən, siyahılar tətbiq edən kiçik bir təşkilatdır. O qədər ciddi təşkilat olsaydı, təbii ki, bunu yaxşı araşdırardılar və bilərdilər ki, Azərbaycan dövləti istər region, istər ölkəsində, istərsə də dünyada sülhün və sabitliyin bərqərar olması üçün hansı çabaları göstərir. Yəni, bunlar təbii ki, bu cür təşkilatlar üçün önəmli deyil. Bu cür təşkilatlara önəmli olan onlara maliyyələrin haradan gəlməsidir.

“Çox bərbad bir siyahı tərtib ediblər. Bu da çox ciddi yanaşılası hadisə də deyil, ciddi yanaşılası bir təşkilatda deyil, onun qərarı nə qədər ciddi olacaq ki. Sadəcə kiçik bir-iki misal göstərdim. Qırğızıstanda və Tacikistanda baş verən münaqişələr. Ukraynada bir saniyə belə sakitçilik ola bilməz. Orada insanlar zirzəmidə yaşayır, tunellərdə yaşayır ki, bombalardan qorunsunlar. Gülməli bir siyahıdır. Ona görə də bu cür təşkilatların, bu cür qərarlarını ciddi qəbul etməməliyik. Bunlar hamısı hansısa diaspor və lobbilərin maliyyəsi ilə hazırlanan siyahılardır” - deyə ekspert əlavə edib.

0


скачать dle 12.1