Bia.Az

“Azərbaycan” qəzeti Milli Məclisdə MÜZAKİRƏ OLUNDU - "Kimin hansı ölçüdə ayaqqabı geyinməsini də hər kəs bilir"

Siyasət
 18-10-2022, 13:10     152

Parlament sədrinin müavini Fəzail İbrahimli Milli Məclisin iclasında çıxış edərək “Azərbaycan” qəzetində dövlət başçısının fəaliyyətilə bağlı materialı təftiş edənlərlə bağlı danışdı. O bildirdi ki, yazıda cənab prezidentin 19 illik nailiyyəti, Azərbaycanın 19 illik uğurları, Ermənistanın məğlubiyyətindən bəhs edən adamlar hədəf götürülüb.

Vitse-spiker Üzeyir bəy Hacıbəyli ilə bağlı olan bir əhvalatı xatırladaraq dedi: “Soxmayın burnunuzu belə yazılara, Azərbaycanda hər kəs bir-birini tanıyır. Kimin nə məzhəbə qulluq etdiyini, kimin hansı ölçüdə ayaqqabı geyinməsini də hər kəs bilir”.

F.İbrahimli belə təftişçilərə qarşı ölçü götürülməsini də zəruri saydı: “Cənab prezidentin fəaliyyətini işıqlandıran adamların üzərinə gəlmək...Bilmirəm kimlərdir buna cəsarət edənlər? Mətbuat Şurası bu işlə məşğul olmalıdır. Azərbaycanda qanun-qayda var və qanun-qayda daxilində biz hərəkət etməliyik”.

Musavat.com
скачать dle 12.1