Arxiv

Oxunub:91 / 02 avq 09:09siyaset, gundem

Prezident İlham Əliyev Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat yollarının açılışında iştirak edib



Prezident İlham Əliyev Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat yollarının açılışında iştirak edib














Azərbaycan prezidenti İlham Əliyev yenidən qurulan Pirşağı-Novxanı dənizkənarı və Binəqədi-Novxanı-Corat avtomobil yollarının açılışında iştirak edib.

APA-nln xəbərinə görə, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlərlə bağlı məlumat verib.

Bildirilib ki, Pirşağı-Novxanı avtomobil yolu dənizkənarı dairəvi yola birləşməklə Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissələrinə rahat və maneəsiz gediş-gəlişi təmin edəcək. Layihənin həyata keçirilməsi nəticəsində Abşeron yarımadasının şimal-şərq hissəsindən şəhərə daxil olmadan Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Goradil, Novxanı, Saray, Masazır, Xırdalan və Sumqayıt istiqamətlərində hərəkət etməklə avtomobillərin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax magistral yollarına çıxışı təmin ediləcək.

Bu yol Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Abşeron yarımadasının şimal hissəsində sahil boyu salınıb. Yolun uzunluğu 13,5 kilometrdir.

Pirşağı-Novxanı avtomobil yolu Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, bu il reallaşdırılacaq 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biridir. Avtomobil yolunun tikintisi texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb.

Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonra dövlət başçısı Ilham Əliyev yenidən qurulan Binəqədi-Novxanı-Corat avtomobil yolunun açılışında iştirak edib.
Qeyd olunub ki, Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq bu il ölkədə reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələri çərçivəsində bu yol da müasir səviyyədə yenidən qurulub. Layihəyə uyğun olaraq yolun hərəkət hissəsi 12,5 metrədək genişləndirilib.
Yol iki gediş, iki gəliş olmaqla dörd hərəkət zolağından ibarətdır. Layihə çərçivəsində Novxanı qəsəbəsindən keçən hissədə yeni su və kanalizasiya xətlərinin çəkilişi işləri də aparılıb. Yolun müxtəlif hissələrindəki kəsişmələrdə yeni dairələr inşa olunub. Bu layihənin icrası nəticəsində 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşıb.


Dövlət başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat yollarının açılışında iştirak edib
Prezident İlham Əliyev Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat yollarının açılışında iştirak edib
Prezident İlham Əliyev Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat yollarının açılışında iştirak edib