Bia.Az

Ağ Ev: ​​​​​​​“ABŞ İrandakı etirazları dəstəkləyir”

Siyasət
 16-10-2022, 22:10     170

“ABŞ İrandakı etirazları dəstəkləyir və etirazçılara dəstək vermək üçün bir sıra addımlar atır”.

BİA.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.


“Biz İrandakı etirazçıları dəstəkləmək üçün bir sıra aqressiv addımlar atırıq. İlk növbədə, biz etirazçılara qarşı repressiyalardan istifadə edən, onların döyülməsini və öldürülməsini təşkil edən qəddar İran hökumət rəsmilərini məsuliyyətə cəlb etməyə çalışırıq” - deyə Sallivan qeyd edib.


Bundan əvvəl ABŞ prezidenti Cozef Bayden bildirib ki, İranda etirazlar hələ uzun müddət davam edəcək, ABŞ administrasiyası onların iştirakçılarına qarşı zorakılıq tətbiq edilməsinə qarşıdır.скачать dle 12.1