Bia.Az

ABŞ-dan Rusiyanın İrəvanla Bakı arasındakı vasitəçiliyinə reaksiya: bunu görməmişik!

Dünya
 16-10-2022, 01:06     164

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel rəsmi Vaşinqtonun Rusiyanın vasitəçilik yolu ilə Ermənistan və Azərbaycan arasındakı prosesi təhlükə altına sala biləcəyindən qorxması barədə sualı cavablandırıb.

BİA.az xarici KİV-ə istinadən xəbər verir ki, Vedant Patelin sözlərinə görə, ABŞ istənilən ölkənin İrəvan və Bakı arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş səylərini alqışlayacaq.

"Ancaq sizin dediyiniz Rusiyanın bu istiqamətdə səylərini görməmişik", - deyə Patel bildirib

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Qərbin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə müdaxilə etməyə çalışdığını bəyan edib.

“Biz bunu Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına müdaxilə etmək və Rusiyanın vasitəçilik səylərini boğmaq cəhdi kimi qiymətləndiririk. Biz tarixdən bilirik ki, Aİ missiyaları real nizamlanmaya gətirib çıxarmayıb”, - Zaxarova bildirib.  /Modern.az/скачать dle 12.1