Bia.Az

Putini “Peterburq klanı”ndan o əvəz edə bilər - amerikalıların proqnozu

Siyasət
 9-10-2022, 13:47     156

Oktyabrın 7-də 70 yaşı tamam olan Rusiya Prezidenti Vladimir Putinin 8 aya yaxındır davam edən Ukrayna müharibəsi onun 22 illik hakimiyyətinin sonunu yaxınlaşdırdığı haqda söz-söhbətləri daha da artırıb. Son həftələr Ukrayna müharibəsində rus qoşunlarının uğursuzluğu, ölkədə qismən səfərbərlik əmrindən sonra yaşananlar və Krım körpüsündəki partlayış Putinin hakimiyyətdəki yerini laxladan səbəblər sırasındadır.

Karnegi Beynəlxalq Sülh Fondundan Endryu Veys hesab edir ki, Putin öz ətrafına onun qərarlarına yalnız “bəli” deyəcək məmurları toplayıb, amma bu da sonda bütün sistemin tamamilə sıradan çıxmasına gətirib çıxarır.
Bir müddət əvvəl məşhur “Politico” nəşri Putinin hakimiyyətinin sona çata biləcəyi ilə bağlı proqnozları araşdırıb, Kremlin hazırkı rəhbərini əvəz edəcək namizədləri təhlil etmişdi. Son olaraq isə ABŞ təhlilçiləriu yenidən bu mövzuya qayıdıblar.  Amma prinsip etibarilə mümkün varislər siyahısında ciddi dəyişiklik yoxdur.

Konstitusiyaya görə prezidentin istefası halında onun yerinə baş nazir Mixail Mişustin keçir və bu, yəqin ki, Qərb üçün uyğun namizəd ola bilər. Amma təcrübəli təşkilatçı olan Mişustinin planları və ambisiyaları haqda heç nə məlum deyil. Amerikalı ekspertlərə görə, fors-major hadisə baş verərsə, Putinin varisi olacaq şəxslər sırasında Moskva meri Sergey Sobyanin şanslarını yüksək dəyərləndirirlər. Onun merliyi dönəmində Rusiya paytaxtı bir çox göstəricilərə görə Avropanın bəzi meqapolislərini üstələyib və özünü bacaraqlı texnokrat kimi təsdiqləyib. Sobyanin Qərbə münasibətdə diqqətlidir və ən azı onları “atom bombası ilə vurmaqla” hədələməyib.
Mümkün varislər arasında yenə də Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin adı var. Onun Kremlə sahiblənməsi əlbəttə ki, Qərbi razı sala bilməz, baxmayaraq ki, bəzi mənbələr onun yaxın adamlarının Qərb siyasətçiləri ilə təmas qurmaq istədikləri barədə iddialar da var.
Siyahıda ənənəvi olaraq Patruşevin kənd təsərrüfatı naziri olan oğlu Dmitri də var. 44 yaşlı nazirin bu varis siyahılarına niyə düşdüyünü haqda birmənalı rəy yoxdur, amma onu 12 adı mümkün varislər sırasına daxil edilir. Patruşevin böyük oğlunun varisi olmasını zəruri edən vacib arqumentlərdən biri kimi “Sankt-Peterburq klanı”nda yer almasıdır. Rusiyanın siyasi elitasını və hakim komandanın əsas nüvəsini məhz “Sankt-Peterburq klanı”nın üzvləri təmsil edir.


Məlumatlara görə, Dmitri Patruşev “Sankt-Peterburq klanı” üzvlərinin övladları arasında müsbət reputasiyaya malik olan yeganə simadır. 13 oktyabr 1977-ci il tarixində Leninqradda anadan olan oğul Patruşev Dövlət İdarəetmə Universitetini menecmentlik ixtisası üzrə bitirib. Rusiya Federasiyasının Nəqliyyat Nazirliyində işləyib.

Sonra iki il Diplomatik Akademiyada təhsilini davam etdirib. D.Patruşev 2006-cı ildə Federal Təhqiqiat Xidmətinin (FSB) Akademiyasında təhsil səviyyəsini yüksəldib.2007-ci ildə VTB Bankın vitse-prezidenti,“Rosselxozbank” ASC-nin İdarə Heyətinin sədri işləyib. 2018-ci il mayından kənd təsərrüfatı naziridir.скачать dle 12.1