Bia.Az

“Rusiya meylli qüvvələr İrəvanda hakimiyyətə yiyələnsə, problemlər davam edəcək” - Partiya sədri

Siyasət
 7-10-2022, 13:06     155

“Almatı Bəyannaməsinə istinad Əliyev-Paşinyan danışıqlarında praktiki məzmunla doldurulmayıbsa, gələcəkdə Rusiya meylli qüvvələr İrəvanda hakimiyyətə yiyələnsə, problemlər davam edəcək”.

BİA.AZ-ın pravda.az-a istinadən xəbərinə görə, bunu REAL Partiyasının sədri İlqar Məmmədov bildirib.

“Rusiyada ən yüksək səviyyələrdə dəfələrlə deyilib ki, SSRİ-nin dağılması haqqında qərarlar (o cümlədən Almatı Bəyannaməsi) "İttifaq respublikasının SSRİ-dən ayrılması ilə bağlı məsələlərin həlli qaydası haqqında" 3 may 1990-cı il qanunu pozub. Həmin qanun həm respublikanın SSRİ-dən çıxması qaydasını tənzimləyirdi, həm də muxtar ərazilərin 15 İttifaq respublikası tərkibindən çıxmasını. Bizdə də, erməni iddialarına qarşı bəzən deyilib ki, Almatı Bəyannəməsindən əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi haqda Azərbaycanda verilən qərarların bu qanun baxımından qanunsuz olduğunu ermənilər iddia etsə də, SSRİ dağılan anda keçmiş DQMV həmin qanunun müddəaları yerinə yetirilməklə Azərbaycandan çıxmamışdı deyə Azərbaycanın tərkib hissəsi olaraq qalırdı. Beləliklə, Almatı Bəyannaməsinə istinadla söhbət qurtarmaz, onu çeynəmək istəyən çeynəyəcək, əgər Əliyev-Paşinyan görüşündə Avropa İttifaqı və Fransanın şahidliyi ilə həmin Bəyannamənin məhz necə anlaşıldığına çox konkret aydınlıq gətirilməyibsə...” – İ. Məmmədov qeyd edib.
скачать dle 12.1