Arxiv

Oxunub:146 / 31 may 10:14Texnologiya

XƏBƏRDARLIQ: psixi sağlamlığa ən mənfi təsir göstərən şəbəkə bilindi



XƏBƏRDARLIQ: psixi sağlamlığa ən mənfi təsir göstərən şəbəkə bilindi

















"İnstagram" insanın psixi sağlamlığına ən mənfi təsir göstərən şəbəkə hesab olunur.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bu, "İnstaqram" istifadəçiləri arasında keçirilən sorğu nəticəsində sübuta yetirilib.

Böyük Britaniyanın Sağlamlıq Cəmiyyəti tərəfindən aparılan tədqiqata 14 yaşdan 24 yaşa qədər 1479 iştirakçı qatılıb. Tədqiqat iştirakçılarına "YouTube", "İnstaqram", "Snapchat", "Facebook" və "Twitter"in onların sağlamlıq və əhval-ruhiyyələrinə təsiri barədə suallar verilib.

Verilən suallara cavablar nəticəsində tədqiqat aparanlar bu qənaətə gəliblər ki, "İnstagram" insanın psixi sağlamlığına ən mənfi təsir göstərən şəbəkədir.