Bia.Az

PREZİDENTİN GENERAL RÜTBƏSİ VERDİYİ POLİSLƏR KİMLƏRDİR? - Vilayət Eyvazov tərəfindən irəli çəkiliblər + DOSYE/FOTO

Gündəm
 1-07-2022, 17:00     311

Məlumat verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Bu gün general-mayor ali rütbəsi verilmiş 4 polis zabiti iki il əvvəl Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvaz tərəfindən yüksək vəzifələrə təyin edilmiş şəxslərdir.

"AzPolitika.info" xəbəır verir ki, onlardan Canpolad Daanov 19 noyabr 2020-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi təyin edilib. Hazırda bu vəzifəni icra edir.


Gənc general 1981-ci ildə Balakən şəhərində anadan olub, 2005-ci ilin noyabr ayından 2019-cu ilin avqust ayına kimi DİN-in istintaq orqanlarında müstəntiq, baş müstəntiq, şöbə rəisinin müavini, şöbə rəisi və baş idarə rəisinin müavini, Polis Akademiyası rəisinin birinci müavini vəzifələrində çalışıb.

Prezidentin general rütbəsi verdiyi daha bir polis zabiti Namiq Həsənov isə DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisidir. O, 24 noyabr 2020-ci ilə qədər Suraxanı Rayon Polis İdarəsinin (RPİ) rəisi vəzifəsində çalışıb. 
Ali rütbə alanlar sırasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini Vüqar Ələkbərov da var. O 27 iyun 2020-ci il tarixinə qədər BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi olub. Həmin tarixdə Vilayət Eyvazovun əmri ilə yüksək vəzifəyə irəli çəkilib.
Prezidentin general rütbəsi verdiyi Sərdar Səfərov da BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisidir. 3 fevral, 2020-ci il tarixinə qədər polkovnik Səfərov həmin idarədə rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, sabah - iyulun 2-si Azərbaycanda daxili işlər orqanlarında çalışanların peşə bayramı kimi qeyd olunur.скачать dle 12.1