Arxiv

Oxunub:202 / 23 noy 23:07siyaset, gundem

Yol polisindən növbəti sərt xəbərdarlıq



Yol polisindən növbəti sərt xəbərdarlıq

Bakıda avtomobillərin şüşələrinə pərdə, plyonka və jalüzlərin vurulmasına görə 151 sürücüyə inzibati protokol yazılıb.

Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, bu rəqəm son bir həftə ərzində qeydə alınıb.

V.Əsədov qeyd edib ki, avtomobilinin şüşələrində pərdə, plyonka və jalüzləri olan sürücülər məsuliyyətdən qaça bilməyəcəklər.

Bölmə rəisi sürücüləri bir daha xəbərdar edib: "Sürücülər avtomobillərində pərdə, jalüz və plyonkaları söksünlər. "Yol hərəkəti haqqında" qanuna edilən 1 saylı əlavənin, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi standarta əsasən, avtomobilin şüşələrinə pərdə, plyonka və jalüzlərin vurulma müddəti artıq başa çatıb. Bizim əməkdaşlarımız paytaxt boyu dislokasiya olunublar və belə hallara rast gəldikcə həmin avtomobillərin sürücüləri cərimə olunacaqlar. Cərimənin miqdarı isə heç də az deyil. "Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən, avtomobili belə halda idarə sürücülər 150 manat cərimə olunurlar".