Bia.Az

Avropanın məhbus reytinqi

Siyasət
 5-11-2021, 09:46     217

Londonda qərar tutan Beynəlxalq Həbsxana Araşdırmaları Mərkəzi Avropanın məhbus reytinqini açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, reytinqə 100 min nəfərə 216 məhbusla Litva başçılıq edir.

Polşa və Slovakiyada 100 min nəfərə 189, Çexiyada 176, Latviyada 175, Monteneqroda 172, Macarıstanda 171, Estoniyada 170, Albaniyada 166, Maltada 153 məhbus düşür.

Qalan ölkələr belə sıralanır:

Serbiya – 100 min nəfərə 152 məhbus
Böyük Britaniya – 131
İspaniya – 122
Rumıniya – 119
Portuqaliya – 112
Bolqarıstan – 109
Yunanıstan – 107
Şimali Makedoniya – 105
Avstriya – 95
Belçika, Fransa və Kipr – 93
İtaliya – 88
Lüksemburq – 86
Xorvatiya – 84
Bosniya və Herseqovina – 83
İrlandiya – 76
İsveçrə – 73
Danimarka – 72
Almaniya – 69
İsveç – 68
Niderland – 63
Sloveniya – 56
Norveç – 54
Finlandiya – 53
İslandiya – 33.скачать dle 12.1