Arxiv

Oxunub:1419 / 07 noy 17:47gundem, bolge

Göyçayda Nar bayramı keçirildi



Göyçayda Nar bayramı keçirildi
Göyçayda Nar bayramı keçirildi
Göyçayda Nar bayramı keçirildi
Göyçayda Nar bayramı keçirildi
Göyçayda Nar bayramı keçirildi

Bu gün Göyçay rayonunda sayca 10-cu Nar bayramı keçirilib.

Goycay.info un xəbərinə görə, Nar bayramına rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, yerli fermer və sahibkarlarla yanaşı Azərbaycanda fəaliyyətdə olan diplomatik korpusun nümayəndələri də qatılıb. Səhər saatlarından start götürən bu möhtəşəm bayram nar məhsulundan hazırlanan kompozisiyası ilə öz işinə başlayıb.



Möhtəşəm nar festivalında narla bağlı müxtəlif yarış və müsabiqələrin təşkili qonaqların daha çox diqqətini çəkib. Festivalda rayonun 30-a yaxın kəndinin nar və nar məhsullarından ibarət sərgisi təqdim olunub.



Festivalda qonaqların daha maraqla izlədiyi məqam isə narın dənəsinin yerə düşmədən yeyilməsi yarışı olub. İdmançıların, folklor rəqs və musiqi qruplarının, meyxanaçıların, xor kollektivinin bir-birini əvəz edən çıxışları məhsul bayramına daha da rəngarənglik qatıb.



Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev ANS PRESS-ə artıq 10-cu dəfədir təşkil olunan bu məhsul bayramının böyük əhəmiyyət kəsb etdiyini və festivalın Göyçayda narçılığın inkişafına təkan verdiyini bildirib: "İlkin hesablamalara görə, cari ildə məhsuldarlıq 50 min tona yaxın olacaq. Ötən il isə fermerlər və fərdi təsərrüfat sahibləri 40 342 ton nar tədarük ediblər. Son iki ildə rayonda 500 hektar sahədə yeni nar bağı salınıb. Bağlarda əsasən "Gülövşə", "Vələs", "Şəndi", "Şirin", "Bala Mürsəl" nar sortları əkilib".

Festivala qatılan qonaqlar tədbir boyu isti təndir çörəyinə, nardan hazırlanan məhsullara, pendirli yuxaya, hətta döşəməli plova da qonaq edilib. Mərasimdə ən böyük və ən çikik narlar qonaqlara təqdim olunub.

Nar bayramı Göyçayın mərkəzi prospektində konsert və Azərbaycan bayrağının yürüşü və müxtəlif kompozisiyalarla davam edir. Nar bayramı axşam saatlarında açıq səhnədə incəsənət ustalarının konsert proqramı ilə başa çatacaq.


Xatırladaq ki, 2006-cı ildən start götürən və "Nar bayramı" ilk dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 2006- cı il noyabrın 3-də keçirilib. Bayramın keçirilməsində əsas məqsəd regionların təbliği, mədəni və iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsindən ibarətdir.