Bia.Az

Koronavirusa görə sahibkarlara güzəştlər ediləcək? - AÇIQLAMA

Gündəm
 17-03-2020, 11:11     333

Koronavirusa görə sahibkarlara güzəştlər ediləcək? - AÇIQLAMA“Azərbaycanda koronavirusla bağlı tətbiq edilən xüsusi rejimlə əlaqədar sahibkarlara güzəşt edilə bilər”.

bia.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin iclasında deyib.

O bildirib ki, bu gün dünyada epidemiyaların yayılması prosesi çox sürətlə gedir.

“Digər ölkələrdə hökumətlər sahibkarlara hansısa güzəştlər edir”, - deyə o əlavə edib.

Deputat söyləyib ki, bununla bağlı Azərbaycanda da müəyyən müzakirələr aparılır.скачать dle 12.1