Arxiv

Oxunub:262 / 30 avq 20:20gundem, hadise

Bakıda nəqliyyat terminalında dava-dalaş olub



Bakıda nəqliyyat terminalında dava-dalaş olub

Bakıda nəqliyyat terminallarından birində dava-dalaş olub. Lent.az-ın məlumatına görə, 8-ci Polis Bölməsinə müraciət edən Türkiyə vətəndaşı, 1984-cü il təvəllüdlü Yanik Turqay Adnan oğlu Bibiheybət qəsəbəsindəki terminalda 1990-cı il təvəllüdlü Sultanov Vadim Vidadi oğlu tərəfindən döyüldüyünü bildirib.

Türkiyə vətəndaşı ona qarşı xuliqanlıq etmiş şəxsin cəzalandırılmasını istəyib.

Müraciət əsasında araşdırmalar aparılır.