Bia.Az

"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"

Gündəm
 3-03-2020, 11:10     475

"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"Uzun illərdir ki Nurəddin Qasımov döymədiyi qapı qalmayıb.
Həmişə səblə davranan ağsaqqal Ali qanunlarımıza inanaraq haqqın bərqərar olunmasına çox ümidlidir.
Nurəddin kişi iş adamı Fərrux Axundov tərəfindən zorakırlşğa, böhtanlara məruz qalıb.,
F.Axundov hər cür ləysqətsiz hərəkətlərə əl ataraq, onun hüquqlarına müdaxilə etməyə çalışıb.
" REŞEPT " adlanan qaraj müdiri bütün yaramaz əməllərə əl atıb ki, Nurəddinin 10 JK 383 dövlət nişanlı yük maşınını onun əlindən alsın. Beləliklə Fərruxun məkirli planı baş tutur. Maşına aid olan bütün sənədlər ( tex pasport ,açar , qeydiyyat nömrə nişanları , arxa-qabaq və sairə ) Nurəddin kişiyə məxsus olduğu halda Fərrux Axundov saxta sənədlərlə maşını başqasına verərək, şəxsi maraqları üçün işlətməyə qərar verir.
Neçə illərdir ki. bu məsələ mübahisələrlə davam edir.
Bununla yanaşı Nurəddin kişinin dediyi kimi, ona məxsus əmək kitabçasının onlarda qalması, işbazların işinə yarayıb... Təcrübəli və bir vaxtlar təşəkkür namələrlə təltif olunmuş sürücünün başına bir çox oyunlar gətirilib. Beləliklə bir necə dəfə ona fiziki zərbələr də tətbiq olunub.
Təqaüdə çıxmağından belə xəbəri olmayan bu insan, yenə də səbr nümayiş etdirərək haçansa haqqın qələbə çalacağına ümid bəsləyib.
Onun əmək kitabçasına qanunla işlədiyi 2 il iş stajı da az yazılır. Beləliklə Nurəddin kişinin bir daha qanuni hüquqları pozulur.
Bir neçə dəfə məhkəməyə müraciət edən ziyançəkən qəbul edilmiş haqsız qərarlarla razılaşa bilmir.
Haqsızlıqla mübarizəni ölənə qədər davam etdirəcəyini qərara alır.
Onun bizə ünvanladığı müraciəti nəzərə alıb, Astara rayonuna yollandıq. Bir neçə sualdan sonra, 5 ci məhkəməsinin Şirvan Apelyasiya məhkəməsində keçiriləcəyini bildirdi. Biz də AtaTv.az xəbər portalının əməkdaşlarilə məhkəmədə iştirak etdik. Başa düşülən o oldu ki, Nurədin kişinin işi yaman düyünə düşüb...
Ötür-ötür oyunu davam edir. Özünün çox təkidilə etdiyi xahişi nəzə alaraq, biz Nurəddin Qasımovun başına gələnləri həm dövlət başçısına həm də aidiyyəti orqanlara çatdırmağı özümüzə borc bildik.
Nurəddin Qasımov Yeni Azərbaycan Partiyasının üzvü olaraq, Dövlət və dövlətçiliyimizə inandığını vurğuladı. Xəbər portalımız vasidəsilə çox hörmətli Prezidentimiz İlham Heydər oğlu Əliyevə və Vitse Prezidentimiz Mehriban xanım Əliyevaya da Ali qanunlarımızın keşiyində durduqları üçün şəxsi minnətdarlığını çatdırdı.
Prezident İlham Əliyevin ictimayyət nümayəndələri ilə səmimi görüş və söhbətləri xalqda ruh yüksəkliyi yaradıb.
İnanırıq ki Pespublikamızda hər sahə çiddi nəzarətdədir və heç bir qanun pozucusu cəzasız qalmayacaq!
( Ardı var )

RASAFİL BAYRAMOV
İctimai xəbər agentliyinin (MMC) İxaTv.az və AtaTv.az xəbər portalların rəhbəri



"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"
"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"
"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"
"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"
"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"
"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"
"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"
"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"
"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"
"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"скачать dle 12.1