Azərbaycanda daha bir bank müflis elan olundu » Beynəlxalq İnformasiya Agentliyi
Arxiv

Oxunub:294 / 11 avq 18:21iqtisadiyyat, gundem

Azərbaycanda daha bir bank müflis elan olundu



Azərbaycanda daha bir bank müflis elan olundu

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli 2-1(81)-3855/2015 saylı qərarı ilə “Evrobank” müflis elan edilib

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi lisenziyası ləğv olunan “Evrobank” ASC-nin müflis elan olunması ilə bağlı qərar qəbul edib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən “APA-Economics”ə verilən məlumata görə,Azərbaycan Mərkəzi Bankı “Evrobank”ın müflis elan edilməsi ilə bağlı avqustun 3-də məhkəməyə müraciət edib.

Məlumata əsasən, hakim Elçin Məmmədovun sədrliyi ilə avqustun 10-da iclas keçirilib.

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli 2-1(81)-3855/2015 saylı qərarı ilə “Evrobank” müflis elan edilib.