Arxiv

Oxunub:876 / 07 avq 14:03bolge

Zəngilan məktəbliləri necə savadsızlaşdırılır...



Zəngilan məktəbliləri necə savadsızlaşdırılır...

Təəssüflər olsun ki, bütün cəhdlərə baxmayaraq, respublikanın bəzi rayonlarında təhsilin səviyyəsində nəinki gözlənilən irəliləyişlər hələ də müşahidə olunmur, əksinə həmin bölgələrdə bu səviyyə ketdikcə daha da aşağı düşür. Bu vəziyyəti şərtləndirən əsas səbəblər isə ilk növbədə təhsil sisteminin bütün strukturlarında yaşanmaqda olan ciddi kadr problemləri ilə bağlıdır. Xüsusilə respublkanın rayon və bölgələrində fəaliyyət göstərən əksər təhsil şöbə və idarələrinin işi bu günümüzün tələblərinə qətiyyən cavab vermir.
Artıq uzun müddətdir ki, bu mövzuda redaksiyamıza daxil olan məlumatlarda korrupsiyaya uğramış təhsil şöbələrindən biri kimi Zəngilan RTŞ-nin adı çəkilir. Həmin məlumatlarda bildirilir ki, Zəngilan Təhsil Şöbəsinin müdiri Zakir İbrahimovun öz işində yol verdiyi ciddi qanun pozuntuları səbəbindən bu gün işğal altında olan bu rayonumuzun təhsili getdikcə tənəzzülə uğrayır. Gerçəklik bundan ibarətdir ki, bu gün respublikanın hər yerinə səpələnmiş Zəngilan təhsil müəssisələrində fəaliyyət arzuolunan səviyyədən xeyli aşağıdır. Həm şagirdlərin, həm də müəllimlərin davamiyyəti ürəkaçan deyildir. Zəngilan təhsilinin aktivinə yazılan uğurların çoxu isə “legioner şagird transferi” hesabınadır. Məsələ bundadır ki, paytaxt Bakıda övladlarını ali təhsil müəssisələrinə hazırlaşdıran valideynlər onların adlarını “nəzarətdən uzaq” Zəngilan məktəblərinə yazdırırlar.
Beləliklə, adları Zəngilan məktəblərinin yuxarı sinif şagirdləri sırasında gedən gənclər Bakıda, Sumqayıtda repetitor kurslarına gedirlər. Sonra onlar test imtahanlarından uğurla çıxıb Zəngilan təhsilinin müsbət statistikasını formalaşdırırlar. Artıq qeyd olunduğu kimi hal-hazırda Zəngilan rayonu üzrə məktəblərin 34-ü tam orta, 2-si əsas, 1-i ibtidai olmaqla 26-sı Bakı şəhərində, 6-sı Sumqayıtda, 2-si Şirvan, 2-si Sabirabad, 1-i isə Abşeron rayonundadır. Eləcə də Zəngilan RTŞ-nin tabeliyində uşaq və yeniyetmələrin təlim-tərbiyəsinin inkişafına xidmət edən 3 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Bu təhsil ocaqlarında 4112-dən çox şagird təhsilə cəlb edilmişdir. Onların təlim-tərbiyyələri və elmi biliklərə yiyələnmələri işi ilə 800 nəfərdən çox müəllim məşğul olur. Redaksiyamıza daxil olan məlumatlara görə, Zəngilan Təhsil Şöbəsinə kadrların seçilməsi zamanı da heç bir qanuna riayət olunmur. Belə ki, təhsil sistemindən anlayışı olmayan bəzi şəxslər hazırda təhsil şöbəsində mühüm vəzifələri tutublar. Artıq dəfələrlə kütləvi informasiya vasitələrində də bildirilib ki, RTŞ-də və rayonun təhsil müəssisələrində pedaqoji işi bilməyən kadrlar yer alıblar. Külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə yol açan qanun pozuntularına isə şöbənin işində addımbaşı rast gəlmək olur. O cümlədən Zakir İbrahimov tərəfindən rəvac verilən qeyri-qanuni əmək haqlarının yazılması, məktəbdənkənar müəssisələrdə əlavə qrupların yaradılması, ödəniş dərəcələrinin düzgün müəyyən edilməməsi, siniflərdə qəsdən komplektləşmə aparılmaması və digər bu kimi hallar olduqca böyük məbləğlərin silinməsinə şərait yaratmaqdadır. Digər tərəfdən isə hələ bir müddər əvvəl aldığımız məlumatlara görə RTŞ-nin müdiri rayon məktəblərinə 500-1000 manat məbləğində aylıq “haqq” təyin olunması yolu ilə də külli-miqdarda pul yığımları həyata keçirir. Bu gün Zəngilan RTŞ-də hökm sürən özbaşınalıq, rəhbərliyin tətbiq etdiyi avtoritar idarə üsulu və səriştəsizliyi Təhsil Nazirliyi tərəfindən tətbiq olunan bütün yeniliklərin və inkişafa aparacaq başlanğıcların beşiyindəcə boğulmasına səbəb olur. - See more at: http://xalqxeber.az/tehsil/10150-zengilan-mekteblileri-nece-savadsizlashdirilir.html#sthash.39ZZHRnF.dpuf