Bia.Az

Sülh göyərçini, yoxsa “imperiya dərəbəyi”...

Siyasət
 3-10-2020, 13:06     290

Fransanın Prezidenti Emmanuel Makronun Dağlıq Qarabağ münaqişəsilə bağlı səsləndirdiyi fikirlər təkcə Bakının deyil, dünyanın tanınmış siyasi fiqurlarının təəccübünə səbəb olub. Yenisabah.az xatırladır ki, Makron Qarabağda vəziyyətin kəskiləşməsinə münasibət bildirərkən deyib ki, Türkiyənin ritorikası Azərbaycanı Dağlıq Qarabağı yenidən işğal etməyə cəsarətləndirib.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransanın liderinin belə bir fikir səsləndirməsi qəbuledilməzdir. Minsk Qrupu münaqişənin sülh yolu ilə nizamlanlanmasına yardım etmək üçün yaradılan təsisatdır. Bu baxımdan, həmsədr ölkələrin neytrallığı qoruması əsas şərtdir. Yeri gəlmişkən, ATƏT-in Minsk Qrupu Azərbaycanın ərazi bütövlüyünü qəbul edir, qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımır. Beləliklə, aydın olur ki, Makronun fikirləri və bəyanatı Fransanın həmsədr ölkə kimi fəaliyyətilə uzlaşmır. Fransa Prezidenti bu mövqeyi ilə açıq şəkildə özünü tərəf kimi aparır. Bu halda Fransanın ATƏT-in Minsk Qrupunda təmsil olunması haqlı olaraq Azərbayan üçün arzuolunmaz hesab edilir.
Prezident İlham Əliyev də “Əl-Cəzirə” telekanalına müsahibəsində bu məsələyə də eyham edib. “Son günlərdə əks-təsir göstərən, neytrallıq mövqeyində müəyyən dəyişikliyi nümayiş etdirən bəzi bəyanatlar görməyimiz bizi narahat edir. Hər bir ölkənin öz mövqeyi ola bilər, bu, normaldır. Lakin əgər siz belə həssas məsələdə vasitəçisinizsə, bu mövqedən çıxış etməlisiniz. Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə, onda siz Minsk qrupunun həmsədrliyindən çıxmalısınız”, - deyə ölkə başçısı vurğulayıb.
Dünyanın tanınmış siyasətçiləri də Makronun mövqeyini qəbuledilməz sayır.
ATƏT-in Minsk Qrupunun amerikalı keçmiş həmsədri Metu Brayza Fransa Prezidentinin fikirlərinin şokedici təsir bağışladığını bildirib. “Bu bəyanat şokedici idi. Əvvəlcə, ona görə ki, qeyd etdiyiniz kimi, bunu deyən Minsk Qrupu həmsədri olan ölkənin lideridir. O, leqal vəziyyəti bilməlidir. Leqal olan isə odur ki, bura Azərbaycanın ərazisidir. 
İkincisi də ona görə ki, o canişin kimi, imperiya dərəbəyi kimi danışdı. Sanki Azərbaycan öz qərarlarını verə bilmir. Sanki Azərbaycan əks-hücum üçün suveren qərar qəbul edə bilmir və mütləq Türkiyə tərəfindən cəsarətləndirilməli və ya dəstəklənməlidir. Bu, həqiqətən də təkəbbürlülükdür. Mən düşünmürəm ki, bu doğrudur. Amma mən əminəm ki, Azərbaycanda hamı Türkiyənin dəstəyinə görə sevinir, lakin bilirsiniz ki, Azərbaycan öz qərarlarını özü verə bilir”, - deyə o, APA-ya müsahibəsində bildirib.
İndi Makron mövqeyinə yenidən baxmalı, sülh göyərçini, yoxsa Brayzanın təbirincə desək, imperiya dərəbəyi olduğunu müəyyənləşdirilməlidir.скачать dle 12.1