Bia.Az

"Gəl də Azərbaycana qurban olma" - Demet Akalın

Gündəm
 29-02-2020, 17:50     384

"Gəl də Azərbaycana qurban olma" - Demet AkalınTürkiyəli müğənni Demet Akalın İnstaqram səhifəsində Azərbaycanla bağlı paylaşım edib.
bia.az xəbər verir ki, sənətçi "Azərbaycan xalqından duyğusal mesaj: Kfənimizi alıb gəlməyə hazırıq" başlıqlı paylaşımda Türkiyənin 33 şəhid verməsi ilə bağlı çoxlu məktublar aldığını vurğulayıb:

"Gəl də bu Azərbaycana qurban olma. Nə yaxşı ki, orada tanıdığım gözəl dostlar var. Biz evdə yemək yeməyə utandığımız halda öpüşən, gülən "story"lər paylaşanlar var. Konsertimi təxirə saldım deməyə də əlim gəlmir. Guya böyük bir iş gördüm.

Çox qəribə bir dünyadır: ya bəzilərində ürək yoxdur, ya da "Məhmətçiyin" adını uşaq olanda eşitməyiblər. Kiməsə zorla vicdan taxmaq olmur. Amma bir az hörmət göstərin, sizlərin Paris gəzintiniz, eşq həyatınız istəmədən mənim səhifəmə düşür. Bir az insafınız olsun".

"Gəl də Azərbaycana qurban olma" - Demet Akalın
скачать dle 12.1