Bia.Az

“Simpsons”lardan növbəti QORXUNC PROQNOZ: 2024-cü ildə...

Dünya
 12-12-2023, 11:02     296

Bəzi hadisələrin əvvəlcə serialda, daha sonra eyni şəkildə real həyatda baş verdiyi məşhur “The Simpsons” (“Simpsonlar”) cizgi serialı növbəti proqnozunu verib.  

Belə ki, cizgi filminin yeni bölümündə 2024-cü il ilə bağlı təfərrüat səs-küy yaradıb.

Bütün dünyada maraqla izlənilən serialda 2024-cü il üçün “günəş fırtınası” ssenarisi nümayiş olunub. Qəflətən baş verən fırtınadan sonra bütün elektron əşyalar öz xüsusiyyətlərini itirir və insanlıq ibtidai şəraitə qayıdış edir.

1989-cu il dekabrın 17-də ABŞ-də yayımlanmağa başlayan və 33 ildir davam edən “The Simpsons” cizgi serialının bütün dünyada böyük fanat kütləsi var.

Filmdə bütün dünyada böyük əks-səda doğuran məqamlar kimi koronavirus barədə əvvəldən məlumat verilməsi, Donald Trampın prezident seçkilərində uduzması, Ebola virusu, yeməklərdə at ətindən istifadə, iki “Essex Beatles” fanatının 50 il əvvəl “Beatles”ə göndərdikləri məktubla bağlı Pol Makkartnidən cavab almaları, “Fox” telekanalının “Disney”ə satılması, Ledi Qaqanın “Super Bowl”da uçması, tikintisinə 2009-cu ildə başlanılan və İngiltərənin ən hündür binası olan “The Shard”ın “Simpsons”ların 1995-ci ildə yayımlanan bir bölümündə London səmasında görünməsi, Beyrutda partlayış, “ağıllı telefonlar”, Kobe Bryantın ölümü və s. misal göstərmək olar.

Bəzi iddialara görə, hər 100 ildən bir baş verən təbiət hadisələrindən olan günəş fırtınaları bütün dünyada elektrik kəsilməsinə səbəb olacaq gücə malikdir.

Müasir dövrə çox zərər verəcəyi hesab edilən bu fırtına epizodu isə “The Simpsons” filmində yer alıb. (Oxu.az)скачать dle 12.1