Bia.Az

Rusiyada uzun yumurta növbələri yaranıb - VİDEO

Dünya
 11-12-2023, 00:41     284

Rusiyada yumurta qıtlığı yaşanmaqdadır. Artıq bir çox yerlərdə yumurta almaq üçün uzun növbələr yaranır.

Musavat.com Rusiya Statistika Komitəsinə istinadən xəbər verir ki, noyabr ayında Rusiyada yumurtanın qiyməti 17 faiz bahalaşıb. Bahalaşma və yumurta qıtlığı yay aylarından başlanıb.

İlki mərhələdə Rusiya Kənd Təsərrüfatı Nazirliyi bahalaşmanın quşçuluq şirkətlərinin özfəaliyyəti olduğunu elan etsə də, araşdırmalardan sonra istehsalın kəskin azaldığı məlum oldu. Eyni proses toyuq əti ilə bağlı da gedir.

Noyabr ayında Rusiya hökuməti toyuq əti və yumrtanın idxalını gömrük rüsumundan tam azad edib.скачать dle 12.1